29 Aprel 2024
Ermənistandan İrana yeni yol çəkilir

Ermənistandan İrana yeni yol çəkilir

13 Oktyabr 2021
Baxış: 373

İrəvan-Yerasx-Gorus-Mehri-İran sərhədi dövlətlərarası yolun bir neçə hissəsində inşaat işləri aparılır.

Ermənistanın “Yol departamenti” dövlət qeyri-hökumət təşkilatı xəbər verir ki, təqribən 17 km uzunluqda yolda asfalt çəkilməsi işi aparılır.

Yolda aparılan işlərin cari ilin sonuna qədər başa çatacağı gözlənilir.

Bildirilir ki, yolun təmiri Ermənistanın dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir. (Qafqazinfo)