29 Aprel 2024
Ermənistanda polislə etirazçılar arasında ƏLBƏYAXA DAVA - Azərbaycanlı deputatlara görə

Ermənistanda polislə etirazçılar arasında ƏLBƏYAXA DAVA - Azərbaycanlı deputatlara görə

22 Fevral 2022
Baxış: 420

Azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz olaraq davam edən aksiyalar fonunda paytaxt İrəvanın mərkəzi küçələrində aksiya iştirakçıları ilə polis arasında əlbəyaxa dava düşüb.

AJMEDİA.İNFO "News.am"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları təxribat törətməməyə çağırıblar.

Aksiyaçılardan Manuel Manukyan azərbaycanlıların Ermənistana səfərini qəbuledilməz hesab etdiyini deyib. O, bunun demokratiya prinsiplərinə uyğun olmadığını bildirib.

Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər.