26 Aprel 2024
Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı sürətlə artır

Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı sürətlə artır

15 İyun 2020
Baxış: 388

Son sutka ərzində Ermənistanda 397 nəfər koronavirusa yoluxub.

AJM xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 17 min 64 nəfərə çatıb.

Daha 16 nəfər isə koronavirusdan ölüb. Bu virusdan ölənlərin sayı 285 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 10 min 409 nəfər aktiv koronavirus xəstəsi var.

Teqlər: Ermənistan