27 Aprel 2024
Ermənistanda koronavirusa yoluxanların 600-dən çoxu ağır vəziyyətdədir

Ermənistanda koronavirusa yoluxanların 600-dən çoxu ağır vəziyyətdədir

25 İyun 2020
Baxış: 371

Hazırda Ermənistanda koronavirusa yoluxanlardan 502 nəfərinin vəziyyəti ağır, 113 nəfərin vəziyyəti isə çox ağırdır. Daha 40 nəfər isə süni nəfəs aparatına qoşulub.

AJM xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan hökumətin bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, daha 51 nəfər xəstəxanaların reanimasiya şöbələrinə köçürülməlidir. Lakin yer olmadığı üçün onları reanimasiyaya yerləşdirmək hələlik mümkün deyil.

Nazir deyib ki, son sutka ərzində Ermənistanda koronavirusa yoluxma rekord həddə çatıb. Son 24 saat ərzində ölkədə 771 nəfər koronavirusa yoluxub, 11 nəfər pandemiyanın qurbanı olub.

Teqlər: Ermənistan