09 May 2024
Ermənistanda hökumət evinə BASQIN: Ciddi toqquşma var – ANBAAN VİDEO

Ermənistanda hökumət evinə BASQIN: Ciddi toqquşma var – ANBAAN VİDEO

30 May 2022
Baxış: 447

Bu gün silsilə aksiyalarını davam etdirən erməni müxalifəti günortaya yaxın hökumət binasının 3-cü korpusuna girməyə cəhd göstərib.

AJMEDİA.İNFO erməni mediasına istinadla xəbər verir ki, buna səbəb müxalif deputatların binaya girmək səlahiyyətinin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən məhdudlaşdırılması olub. Deputatların girişinə qadağadan sonra “Müqavimət” hərəkatının aksiyaçıları binaya hücum edib.

Bu hücumla isə ciddi qarşıdurmalar baş verib, bir neçə nəfər xəsarət alıb.

Erməni mediası toqquşmanı canlı olaraq yayıb.

Hazırda erməni parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyanın rəhbərliyi ilə mitinq davam edir.