29 Aprel 2024
Ermənistanda hərbçi hərbçini postda GÜLLƏLƏDİ

Ermənistanda hərbçi hərbçini postda GÜLLƏLƏDİ

04 Yanvar 2022
Baxış: 532

Ermənistanın Dərələyəz vilayətinin döyüş postlarından birində erməni hərbçi xidmət yoldaşı tərəfindən güllələnib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə dekabrın 31-də baş verib. Məlumata görə, səhər saat 10:50 radələrində döyüş postlarından birində 18 yaşlı sıravi Movses Aramaisoviç Tadevosyan başından güllə yarası almış halda tapılıb. O, hospitala aparılarkən yolda dünyasını dəyişib.

Əsgərin xidmət yoldaşı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.