27 Aprel 2024
Ermənistanda fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb

Ermənistanda fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb

13 İyul 2020
Baxış: 386

Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti avqustun 12-dək uzadılıb.

AJM-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyulun 13-də başa çatırdı.

Xatırladaq ki, Ermənistanda indiyədək 32 151 nəfər koronavirusa yoluxub, 573 nəfər ölüb.

Teqlər: Ermənistan