28 Aprel 2024
Ermənistan yenidən bölmələrimizi atəşə tutdu: Yaralanan hərbçimizin FOTOSU
Ermənistan yenidən bölmələrimizi atəşə tutdu: Yaralanan hərbçimizin FOTOSU

Ermənistan yenidən bölmələrimizi atəşə tutdu: Yaralanan hərbçimizin FOTOSU

07 İyul 2021
Baxış: 538

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Müdafiə Nazirliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

İnsident nəticəsində yaralanan hərbçimizin fotosunu təqdim edirik: