29 Aprel 2024
Ermənistan və Rusiya XİN başçıları Aİ missiyasının fəaliyyətini müzakirə edəcək

Ermənistan və Rusiya XİN başçıları Aİ missiyasının fəaliyyətini müzakirə edəcək

17 Mart 2023
Baxış: 291

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla Ermənistanın Azərbaycanla sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yerləşdirilməsini müzakirə edəcək.

Bu barədə Ermənistan XİN-dən bildirilib.

“Biz hamımız bilirik ki, Rusiya Aİ missiyasına həssas yanaşır, bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Yaxın vaxtlarda xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri planlaşdırılır və bu məsələ mütləq gündəmdə olacaq”, - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, A.Mirzoyan martın 20-də Moskvaya gedəcək.