29 Aprel 2024
Ermənistan TIR-ları İğdırda-VİDEO

Ermənistan TIR-ları İğdırda-VİDEO

12 Fevral 2023
Baxış: 423

Türkiyə mətbuatı Ermənistan-Türkiyə sərhədini keçərək İğdır şəhərinin küçələrindən keçən erməni yük maşınlarının görüntülərini əks etdirən video yayımlayıb.

Musavat.com bildirir ki, bu haqda erməni mediası manşetlərdən xəbər tirajlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan yazıb ki, İrəvan bu gün Marqara körpüsü ilə Türkiyəyə humanitar yardım göndərib. “Humanitar yardımla yüklənmiş yük maşınları Marqara körpüsündən keçərək sərhədi keçərək zəlzələdən zərər çəkmiş əraziyə doğru yol alıblar”, o yazıb.

Qeyd edək ki, son zamanlar Türkiyə-Azərbaycan quru yolunun açılması ilə bağlı müzakirələr gedirdi. Türkiyədəki zəlzələdən sonra rəsmi İrəvan 57 nəfərlik xilasedici dəstə və humanitar yardım göndərib.

Musavat.com