27 Aprel 2024
Ermənistan parlamentində qondarma "Artsax"ın bayrağı endirildi - VİDEO

Ermənistan parlamentində qondarma "Artsax"ın bayrağı endirildi - VİDEO

13 Aprel 2022
Baxış: 550

Ermənistan parlamentində “Artsax”ın bayrağı endirilib.

AJMEDİA.İNFO erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan tribunaya yaxınlaşaraq Seyran Ohanyanın qaldırdığı “Artsax” bayrağını endirib.

Bu hadisə Ermənistan parlamentində birmənalı qarşılanmayıb.

Xatırladaq ki, parlamentin müxalifət nümayəndələri bu həftə keçiriləcək iclaslarda və səsvermədə iştirak etməyəcəklərini, “Artsaxa” və Ermənistanın sərhəd rayonlarına gedəcəklərini açıqlayıblar.

Seyran Ohanyan və digər müxalifət deputatları stolların üzərinə “Artsax” bayraqlarını qoyublar.

(Konkret.az)