28 Aprel 2024
Ermənistan İsraildəki səfirini GERİ ÇAĞIRDI

Ermənistan İsraildəki səfirini GERİ ÇAĞIRDI

12 Avqust 2021
Baxış: 518

Ermənistan prezidenti Armen Sarkisyan ölkəsinin İsraildəki səfiri Armen Sumbatyanın geri çağırılması haqqında sərəncam imzalayıb.

AJMEDİA.İNFO bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Bildirilib ki, bu ilin aprelində Armen Sumbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.

Məlumata görə, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə, çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Sumbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. O, keçmiş nazir A.Poqosyanın İrəvanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib.

Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan ofşor şirkətə satılıb.

Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Poqosyan barəsində axtarış elan edilib.

Xatırladaq ki, 2019-cu ilin sentyabrında Ermənistanın İsraildə səfirliyi açılıb. 2020-ci il fevralın 25-də Armen Sarkisyan diplomatik missiyanın rezidensiyasının İrəvandan İsrailə köçməsi barədə sərəncam imzalayıb.