29 Aprel 2024
Ermənistan dünən təxribat törətdiyi əraziyə qanunsuz silah-sursat DAŞIYIR - ANBAAN VİDEO

Ermənistan dünən təxribat törətdiyi əraziyə qanunsuz silah-sursat DAŞIYIR - ANBAAN VİDEO

06 Mart 2023
Baxış: 333

Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna, dünən toqquşmaların baş verdiyi yerə (Xankəndi-Xəlfəli-Turşsu) dolama qrunt yolu ilə silah, sursat və yanacağın daşınmasına dair videosübut yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, həmin görüntüləri “Caliber” hərbi dairələrdəki mənbələrindən əldə edib.

Görüntülərdə daşınmanın gecə-gündüz həyata keçirildiyi müşahidə olunur.Hərəkət ikiistiqamətlidir. Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə nəqliyyat vasitələri Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən isə yenə Xankəndidən Ermənistana doğru hərəkət var.

Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, mülki yüklərin, həmçinin mülki şəxslərin daşınmasına xidmət etməlidir. Ona görə də Bakı bu yol boyu rabitənin təhlükəsizliyinə zəmanəti öhdəsinə götürüb.

Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir və Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə təchiz etməkdə davam edir ki, bunun nəticəsində dünən hərbçilərimiz həlak olublar.