29 Aprel 2024
Erməniləri dəli edən ŞOK İDDİA: Azərbaycanlı rejissor Ermənistanda FİLM ÇƏKİR

Erməniləri dəli edən ŞOK İDDİA: Azərbaycanlı rejissor Ermənistanda FİLM ÇƏKİR

03 May 2022
Baxış: 609

Ermənistanda “National Geographic” üçün aparılan sənədli film çəkilişləri böyük etiraz yaradıb.

AJMEDİA.İNFO Sputnik Ermənistan-a istinadən xəbər verir ki, buna səbəb erməni prodüser Anna Zakaryanın sosial şəbəkədəki qalmaqal yaradan paylaşımı olub.

A.Zakaryanın iddialarına görə, çəkilişlər azərbaycanlı rejissor və aparıcı tərəfindən icra olunur. Bunun üçün Ermənistan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti tərəfindən müvafiq icazələr də verilib.

A.Zakaryanın riyakar iddialarından bəlli olur ki, sənədli filmdə erməniləri qane etməyən tarixi həqiqətlərə də toxunulacaq.