28 Aprel 2024
"Ermənilər və ruslar qardaş xalqlardır” - PUTİN

"Ermənilər və ruslar qardaş xalqlardır” - PUTİN

21 Sentyabr 2021
Baxış: 785

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə erməni həmkarı Armen Sərkisyan və Baş nazir Nikol Paşinyana təbrik teleqramları göndərib.

AJMEDİA.İNFO xəbər verir ki, Putin teleqramda erməniləri “qardaş xalq” adlandırıb.

“Ermənistanla münasibətlər yaxşı dostluq ənənələri, mədəni və mənəvi yaxınlığa əsaslanır. Ermənistanla Rusiya arasında münasibətlərin müttəfiqlik ruhunda daha da inkişaf etdirilməsi, şübhəsiz ki, iki qardaş xalqın əsas maraqlarına cavab verir”, - Putin qeyd edib.

Rusiya dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın, Avrasiya Birliyi, KTMT və MDB çərçivəsində konstruktiv qarşılıqlı əlaqələrin qurulduğunu deyib.(teleqraf.com)