09 May 2024
Ermənilər Füzulidən qalxan təyyarəyə necə GPS maneəsi yarada bilib? - VİDEO

Ermənilər Füzulidən qalxan təyyarəyə necə GPS maneəsi yarada bilib? - VİDEO

17 İyul 2023
Baxış: 582

Xəbər verdiyimiz kimi, iyulun 13-ü saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Gulfstream G280" sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.

Bu mövzuya hərbi ekspert Ədalət Verdiyev münasibət bildirib.

Onun sözlərinə görə, keçən ilin aprel ayında da, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində radioizləmə cihazları quraşdırılmışdı:

“Lakin indi quraşdırılan cihazın məqsədi ciddi təxribat törətmək, daha dəqiq desək, sərnişin təyyarələrinin yerlə əlaqəsini kəsərək qəza törətməsinə səbəb olmaqdır".

Hərbi ekspert bildirib ki, həmin ərazilərdə bu kimi cihazların quraşdırılmasına və hələ də erməni separatçıların orda olmasına Rusiya kontingenti göz yumur:

“Azərbaycan tərəfinin verdiyi bəyanatlara rusiya kontingenti tərəfindən adekvat reaksiya görmürük”.

Ədalət Verdiyev əlavə edib ki, rusiya sülhməramlı kontingentinin bu fəaliyyəti onların ərazidən çıxarılması məsələsinin də gündəmə gətirilməsinə şübhə doğurmur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

BizimMedia