28 Aprel 2024
Ermənilər buna görə təxribat törədirmiş - Xocalı cəlladından SƏRSƏM AÇIQLAMA

Ermənilər buna görə təxribat törədirmiş - Xocalı cəlladından SƏRSƏM AÇIQLAMA

15 Noyabr 2021
Baxış: 840

Ankara və Bakı Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq edir.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan son günlər sərhəddə yaşanan erməni təxribatlarını özünəməxsus şəkildə “şərh” edərkən deyib.

O iddia edib ki, Bakı və Ankara Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın müxtəlif məntəqələrində irəliləmək istəyirlər.

“Ermənistan hakimiyyəti isə mövcud vəziyyətdən ləyaqətlə çıxmaq üçün bunun qarşılığında heç bir tədbir görmür. Bütün məğlubiyyəti canla-başla qəbul edirlər”, – deyə Ohanyan bildirib.

Qeyd edək ki, dünən və bu gün Ermənistan ordusu Kəlbəcər və Laçın istiqamətində təxribata əl atıblar.