09 May 2024
Ermənilər Bakıdan video paylaşdı: “Biz buradayıq”

Ermənilər Bakıdan video paylaşdı: “Biz buradayıq”

18 Aprel 2023
Baxış: 266

Erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılıb.

AJMEDİA.İNFO axar.az-a istinadən bildirir ki, videoda Şəhidlər Xiyabanında olan bir qadın telefonunda Ermənistanın gerbini göstərir, digər kamera ilə isə ətraf ərazi görüntülənir.

Videonun montaj olub olmadığı bilinməsə də, ermənilər bu görüntünü "Biz burdayıq" sözləri ilə tirajlayıb.

Qeyd edək ki, 4 iyun 2022-ci ildə də 15 yaşlı şərti adı Fidan olan qız uşağı ADNSU-nin qarşısında video çəkmişdi. O, DTX tərəfindən yaxalanıb.