29 Aprel 2024
Ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni “edam” etdilər

Ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni “edam” etdilər

26 Aprel 2021
Baxış: 1450

Los Ancelesdə erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa səsləyən aksiya keçirilib.

ajmedia.info xəbər portalı Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu "Twitter"də paylaşımında qeyd olunub.

Baş Konsulluq bildirir ki, Los Ancelesin mərkəzində Erməni Gənclər Federasiyası və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlar edərək “edam” ediblər.