28 Aprel 2024
Erməni kəşfiyyatçı Bakıda azərbaycanlı dostunu partladıb – ÖZÜ ETİRAF ETDİ - VİDEO

Erməni kəşfiyyatçı Bakıda azərbaycanlı dostunu partladıb – ÖZÜ ETİRAF ETDİ - VİDEO

17 Avqust 2021
Baxış: 865

Erməni kəşfiyyatçı “QRU”da bir yerdə oxuduğu azərbaycanlı qrup yoldaşını Birinci Qarabağ müharibəsi zamanı Bakıda evində partladıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda kəşfiyyatçının özü “Dənizin səsi” telekanalının efirində qadın aparıcı ilə söhbəti zamanı deyib:

“Çox ağıllı idi, nəticədə onu aradan götürmək qərarına gəldik. Bilirsiniz necə oldu? Türk gəldi evinə, yemək yedi, yatmaq üçün yataq otağına daxil oldu, işığı yandıran kimi partladı”.

O, həmçinin qeyd edib ki, həmin vaxt rus generalları ermənilərin Kürə qədər getməsinə icazə verməyib.
Çıxışının sonunda erməni rusların bostanına daş atıb:

“İndi də bizi qapalı bir məkana yerləşdiriblər. Hansı ki, hər tərəfimizdə türklərdir”.

(bizimmedia)