27 Aprel 2024
Ərdoğanı Netanyahuya bənzətdi: Məhkəməyə verildi - FOTO
Ərdoğanı Netanyahuya bənzətdi: Məhkəməyə verildi - FOTO

Ərdoğanı Netanyahuya bənzətdi: Məhkəməyə verildi - FOTO

20 May 2021
Baxış: 853

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının sədri Maral Akşənəri məhkəməyə verib.

AJMEDİA.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan “şəxsi hüquqlarının pozulması, təhqir” iddiası ilə Akşənərdən 250 min TL (30 min ABŞ dolları) təzminat tələb edib.

Qeyd edək ki, İYİ Partiyasının sədri Maral Akşənər 18 may tarixində TBMM toplantısında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı İsrail Baş naziri Binyamin Netanyahuya bənzətmişdi.