28 Aprel 2024
ƏRDOĞAN: “Yanğınların söndürülməsinə dəstək məsələsində ən önəmli ölkə Azərbaycandır”

ƏRDOĞAN: “Yanğınların söndürülməsinə dəstək məsələsində ən önəmli ölkə Azərbaycandır”

05 Avqust 2021
Baxış: 650

“Bildiyim qədər sayları 50-dən çoxdur – beynəlxalq dövlətlər və təşkilatlar dəstəklərini ifadə ediblər. Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Ən əsası Azərbaycandır. Təxminən 200 yanğınsöndürən, yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarına qarşı mübarizə barədə danışarkən bildirib.

“İndi cənab Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) bir amfibiya təyyarəsindən danışdı. Onun da gəlişi ilə təyyarə məsələsində vəziyyətimiz çox fərqli olacaq”, – deyə Türkiyə prezidenti qeyd edib.

Rəcəb Tayyib Ərdoğan digər ölkələrin də dəstəyindən danışıb:

“Rusiyanın 5 təyyarə və 3 helikopteri yanğına qarşı mübarizəni davam etdirir. İran, Ukrayna, Xorvatiya təyyarə göndərib”.