28 Aprel 2024
Ərdoğan: “Rus-türk dialoqunun nəticələri Liviyadan Dağlıq Qarabağa qədər bir çox sahədə görünür”

Ərdoğan: “Rus-türk dialoqunun nəticələri Liviyadan Dağlıq Qarabağa qədər bir çox sahədə görünür”

10 Mart 2021
Baxış: 1242

“Akkuyu” Atom Elektrik Stansiyası (AES) Rusiya-Türkiyə əməkdaşlığının simvollarından biridir.

AJM-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” AES-in 3-cü blokunun təməlqoyma mərasimində çıxışı zamanı deyib.

“Rusiya-Türkiyə dialoqunun nəticələrini ikitərəfli əlaqələrdə, habelə bölgədə - Liviyadan Dağlıq Qarabağa, Suriyaya qədər bir çox sahədə görürük. Qarşıdakı dövrdə bu əlaqələri inkişaf etdirməkdə qətiyyətliyik”, - deyə Ərdoğan vurğulayıb.

Teqlər: Ərdoğan