28 Aprel 2024
Ərdoğan Krımla bağlı Ukraynaya DƏSTƏK VERDİ - Rusiyadan CAVAB GECİKMƏDİ

Ərdoğan Krımla bağlı Ukraynaya DƏSTƏK VERDİ - Rusiyadan CAVAB GECİKMƏDİ

22 Sentyabr 2021
Baxış: 1231

Ukraynanın ərazi bütövlüyünün qorunması olduqca vacibdir.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

"Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması mühümdür. Krım tatarlarının hüquqlarının müdafiəsi ilə bağlı səylər gücləndirilməlidir", - deyə Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə Rusiyadan cavab gecikməyib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Bu açıqlamaların bizə yönəldiyini hesab edirik. Türkiyə prezidentinin Rusiyaya səfəri ərəfəsində belə açıqlama verməsindən təbii olaraq üzüntü duyuruq”