28 Aprel 2024
Ərdoğan, Kosovanı Yerisəlimdəki səfirliyin açılması qərarını yenidən nəzərdən keçirməyə çağırıb

Ərdoğan, Kosovanı Yerisəlimdəki səfirliyin açılması qərarını yenidən nəzərdən keçirməyə çağırıb

27 Mart 2021
Baxış: 1591

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kosovanın Baş naziri Albin Kurtini Yerisəlimdəki səfirliyin açılması qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

Bu barədə 26 mart Cümə günü, i24news öz nəşrində bildirib.

Ərdoğan, Baş nazir Kurtinin yeniən seçkilərdə qalib gəlməsi münasibəti ilə ona göndərdiyi məktubunda elavə olaraq bunları bildirilməsi qeyd edilir.

Xatırladaq ki, 14 martda Kosovo rəsmi olaraq Yerusəlimdəki səfirliyinin açılışını elan etmişdir. Bu, İsrail ölkəsində diplomatik nümayəndəliyi açan ilk, əksəriyyəti müsəlman olan Avropa ölkəsidir.

İsrail və Kosovo diplomatik münasibətlərinin qurulması fevralın 1-nə təsadüf edilir. Qeyd edirik ki, Kosovanın Yerusəlimdəki diplomatik səfirliyin açılması qərarı səbəbiylə Türkiyə və Avropa Birliyinin tənqidinə məruz qalmışdır.