27 Aprel 2024
Ərdoğan İsrail Prezidenti ilə GÖRÜŞƏ BİLƏR

Ərdoğan İsrail Prezidenti ilə GÖRÜŞƏ BİLƏR

10 Sentyabr 2021
Baxış: 530

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin zirvəsinə qatılmaq üçün ABŞ-a gedəcəyi açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə liderinin səfərinin 19-22 sentyabr tarixlərində baş tutacağı bildirilib.

Prezident Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında keçiriləcək liderlərin zirvəsinə qatılacaq və çıxış edəcək.

Ərdoğanın səfəri çərçivəsində bəzi liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

O, İsrail Prezidenti İshak Hersoqun Nyu-Yorka gələcəyi təqdirdə onunla görüşə biləcəyini deyib.