28 Aprel 2024
Ərdoğan azərbaycanlı zabiti mükafatlandırdı -VİDEO

Ərdoğan azərbaycanlı zabiti mükafatlandırdı -VİDEO

31 Avqust 2021
Baxış: 690

Azərbaycan Ordusunun zabiti Cavidan İsmayılzadə Türkiyə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Quru Qoşunları Akademiyasından birinciliklə məzun olub.

AJMEDİA.İNFO bu barədə modern.az-a istinadən xəbər verir.

Azərbaycanlı zabit Türkiyə komando kursunu dərəcə ilə bitirib.

Beynəlxalq kursant kimi “Səmti Müəyyən Etmə” idman növündə Türkiyə ikincisi və Ordu birincisi medallarına layiq görülüb.

Cavidan İsmayılzadə ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.