28 Aprel 2024
Ən çox istifadə edilən SOSİAL ŞƏBƏKƏLƏR

Ən çox istifadə edilən SOSİAL ŞƏBƏKƏLƏR

27 Noyabr 2021
Baxış: 2594

Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsidir. Demək olar ki, boş vaxtımızı onlarsız təsəvvür edə bilmirik. Son illərdə hətta bir çox işlərdə bu platformalar əsas vasitəyə çevrilib. Bəs, ən çox izləyicisi olan sosial şəbəkələr hansılardır?

AJMEDIA.INFO xəbər verir ki,Hazırda dünyada ən çox istifadə olunan sosial şəbəkələri təqdim edir.

Məlumata görə, 2.7 milyard izləyicisi olan "Facebook" dünyanın ən böyük sosial şəbəkəsi seçilib.

"Facebook"dan sonra ikinci yerdə 2.2 milyardla "YouTube", 2 milyardla üçüncü "Whatsapp", 1.3 milyardla dördüncü "Facebook Messenger", 1.2 milyard izləyici ilə beşinci yerdə isə "Instagram" olub.

1 milyard izləyici ilə "Wechat" və 617 milyonla "QQ" də ən çox istifadə olunan sosial şəbəkələrdəndir.

Xəbər əldə etmək üçü geniş istifadə edilən "Twitter"in istifadəçi sayı isə 353 milyon olaraq açıqlanıb. (news.day.az)