28 Aprel 2024
“Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” - David Seliverstov

“Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” - David Seliverstov

30 Aprel 2023
Baxış: 3305

“Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var”

.

Bunu, AJMEDİA.İNFO-ya İnsan Hüquqları Mərkəzinin və Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov bildirib.

.
-Müasir Azərbaycanın banisi olan Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır.
Böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.
Ümummilli lider Heydər Əliyev tolerantlığın, birgǝyaşayış mədəniyyətinin xalqımız üçün xarakterik xüsusiyyət olduğunu göstərirdi və Azərbaycanı mədəniyyətindən, dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırırdı: "Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir". Bu mənada ulu öndər tolerantlığı ölkəmizin səciyyəvi cəhəti kimi dəyərləndirir və Azərbaycanın bu ictimai-siyasi mənzərəsi ilə fəxr etdiyini vurğulayırdı.
Ulu öndərin bu siyasəti ilə etnik və dini icmalar Ölkəmizdə müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaratdı. Onların dini ocaqlarının normal fəaliyyət göstərməsi müxtəlif millətlərin, xalqların müqəddəs saydıqları ocaqlarda dini ayinlərini dillərində təhsil almaları məhz ulu öndərin xidmətləridir.
Bir sözlə, müstəqil Azərbaycan qazandığı bir sıra nailiyyətlərlə yanaşı, həm də regionda, eləcə də dünyada fərqli sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınır. Yəni respublikamız bütün bütün millətlərin, müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi yaşadıqları nadir ölkələrdəndir. Bu mənada Azərbaycan öz tolerant yaşam tərzi ilə artıq dünyaya nümunədir. Bu nadirliyi bizə bəxş edən ulu öndər Heydər Əliyev olub.
Mən isə öz növbəmdə hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin 100 illiy yubileyində Azərbaycan möhkəm qoyulmuş bünövrə sayəsində qüdrətinə görə aparıcı ölkələr arasında ön sıralarda olacaq.

.

.

.

Nəsimi Əbilov