27 Aprel 2024
Əhaliyə XƏBƏRDARLIQ!: 25 martda...

Əhaliyə XƏBƏRDARLIQ!: 25 martda...

25 Mart 2024
Baxış: 298

"25 mart 2024-cü ildə Tərəzi bürcündə Ay tutulması baş verəcək. Təsiri bir neçə ay öncə başlayıb və qarşıdan gələn 6 ay ərzində də davam edəcək. Bu 2024-cü ilin ilk Ay tutulmasıdır".

AJMEDİA.İNFO xəbər verir ki, bunu astroloq Rəşad Hacıyev bildirib.


Onun sözlərinə görə, bu tutulma münasibətlərlə bağlı balansı dəyişdirəcək:


"İkili münasibətlərdə köklü dəyişikliklər, transformasiyalar baş verə bilər.Bu tutulma özümüzü fəda, qurban etdiyimiz mövzularda geri çəkilib daha dərindən düşünməyimizə, başqaları üçün yox, özümüz üçün seçimlər etməyimizə səbəb olacaq".


Rəşad Hacıyev qeyd edib ki, bu hadisə Qoç, Tərəzi, Oğlaq və Xərçəng bürcündə olan insanlara çox təsir edəcək.


"Münasibətlərində olan problemləri həll edə biləcəklər. Əkizlər bürcləri də tutulmadan yüksək dərəcədə təsirlənəcək. Bu bürcün nümayəndələrinin maddi sıxıntıları aradan qalxacaq".(sfera.az)