09 May 2024
Əfqanıstan Prezidenti bu ölkəyə QAÇDI - 4 maşın pulunun hamısını APARA BİLMƏDİ

Əfqanıstan Prezidenti bu ölkəyə QAÇDI - 4 maşın pulunun hamısını APARA BİLMƏDİ

16 Avqust 2021
Baxış: 677

Əfqanıstanın dünən istefa verib ölkədən qaçmış prezidenti Əşrəf Qaninin yeri məlum olub.

AJMEDİA.İNFO “Azadlıq” radiosunun tacik xidmətinə istinadən bildirir ki, Qani prezident administrasiyasının rəhbəri Fəzli Mahmud Fəzlinin və milli təhlükəsizlik müşaviri Həmdulla Muhibin müşaiyəti ilə əvvəlcə Tacikistana uçub. Onun təyyarəsi bir müddət Tacikistan hava məkanında qalıb və aviadispetçerlərin sonrakı uçuş marşrutunu razılaşdırmasını gözləyib. Dispetçerlər marşrutu Özbəkistan, Türkmənistan və İran hakimiyyəti ilə razılaşdırıblar, bunun ardınca Qaninin təyyarəsi həmin ölkələrin hava məkanından keçərək Omana uçub. Bildirilir ki, Oman hakimiyyəti ona siyasi sığınacaq verəcək.

Marşal Əbdürrəşid Dostumun qızı Rohila da təsdiq edib ki, Qaninin təyyarəsi əvvəlcə Düşənbə üzərində fırlanıb, daha sonra Omana kurs götürüb.

Rusiya mənbələri isə iddia edir ki, Qani Əfqanıstanı əliboş tərk etməyib, vertolyot dolu pul da aparıb. TASS Rusiyanın Kabildəki səfirliyindəki mənbəyə istinadən bildirir ki, Qani iqamətgahını vertolyotla tərk edərək aeroporta gedib. “Dörd avtomobil pulla ağzına qədər doldurulmuşdu, pulların qalanını isə vertolyota doldurmağa çalışdılar. Hamısı yerləşmədi və pulların bir hissəsi elə uçuş meydançasında qaldı”,-həmin mənbə iddia edib.