29 Aprel 2024
Efiopiyada məşhur müğənninin qətlindən sonra baş verən toqquşmalarda 50 nəfər ölüb

Efiopiyada məşhur müğənninin qətlindən sonra baş verən toqquşmalarda 50 nəfər ölüb

01 İyul 2020
Baxış: 394

Efiopiyada məşhur müğənniyə sui-qəsddən sonra başlayan toqquşmalarda çox sayda adam ölüb.

AJM-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Efiopiyanın Oromiya bölgəsində keçirilən etiraz aksiyalarda ən azı 50 nəfər həlak olub.

Yerli hökumətin sözçüsü Getaçev Balça bildirib ki, ölənlər arasında etirazçılarla yanaşı, təhlükəsizlik qüvvələrinin üzvləri də var.

O, bəzi müəssisələrin yandırıldığını da bildirib.

Qeyd edək ki, ölkənin ən böyük etnik qrupu Oromoya mənsub olan müğənni, 34 yaşlı Haçalu Hundessa iyunun 29-da paytaxt Əddis-Əbəbədə avtomobilində güllələnib, o, xəstəxanaya aparılsa da, bir neçə saat sonra orada vəfat edib. Polis onun qatillərinin və sui-qəsdin səbəblərinin bilinmədiyini açıqlayıb.

Onun mahnıları Efiopiyanın əvvəlki Baş nazirinin vəzifəsindən getməsinə və ölkədə demokratik islahatlara yol açmağa sövq edən bir hərəkatı canlandırıb. Haçalu Hundessa mahnılarında ölkənin ən böyük etnik qrupunun haqqlarının pozulmasına toxunub.

Müğənni ilə vida mərasimi iyulun 2-də doğulduğu Ambo şəhərində keçiriləcək.

Teqlər: Efiopiya