27 Aprel 2024
Dünyanın ən bahalı futbolçularının transfer qiymətləri - SİYAHI + MƏBLƏĞ

Dünyanın ən bahalı futbolçularının transfer qiymətləri - SİYAHI + MƏBLƏĞ

29 Mart 2024
Baxış: 300

CIES Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının transfer qiymətlərini açıqlayıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən bildirir ki, 2024-cü ilin martında dərc edilən hesabatda mərkəz yalnız altı oyunçunun dəyərii 200 milyon avro və ya daha çox qiymətləndirib.

• Cud Bellinqem (“Real”) - 250 milyon avro

• Erlinq Haaland (“Mançester Siti”) - 250 milyon avro

• Vinisius Junior (“Real”) - 200 milyon avro

• Rodriqo Qoes (“Real”) - 200 milyon avro

• Bukayo Saka (“Arsenal”) - 200 milyon avro

• Fil Foden (“Mançester Siti”) - 200 milyon avro

Camal Musiala (“Bavariya”), Xulian Alvares (“Mançester Siti”), Kilian Mbappe (PSJ) və Martin Odeqaard (“Arsenal”) 150 milyon avro dəyərində qiymətləndirilir. Daha 32 futbolçu, o cümlədən “Napoli”dən Xviça Kvaratsxeliya 100 milyon avro dəyərində qiymətləndirilir. Digər oyunçuların dəyəri 80 milyon avronu keçmir.