29 Aprel 2024
Dünya şöhrətli alim,Akademik Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır - Yazgül Abdiyeva

Dünya şöhrətli alim,Akademik Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır - Yazgül Abdiyeva

27 Aprel 2023
Baxış: 181

25 aprel tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirildi.

Konfransda “Sağlamlığın Qorunması” İB-nin sədri, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva “Zərifə Əliyevanın zəngin irsi” mövzusunda çıxış etdi.

O, qeyd edib ki, Zərifə Əliyeva bütün bilik və gücünü insanların sağlamlığının qorunmasına sərf edib, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərib.

Y. Abdıyeva onun traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən geniş bəhs etdi.

Zərifə Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərindən bəhs edib. O qeyd edib ki, – Alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir.

Eyni zamanda Yazgül Abdıyeva öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacağını vurğuladı.