28 Aprel 2024
Dünya ondan danışır: Türkiyədəki dağıdıcı zəlzələni 2 gün öncə xəbər vermişdi - FOTOFAKT

Dünya ondan danışır: Türkiyədəki dağıdıcı zəlzələni 2 gün öncə xəbər vermişdi - FOTOFAKT

06 Fevral 2023
Baxış: 605

Dünyaca məşhur zəlzələ mütəxəssisi Frank Hoqerbitsin paylaşımı gündəm olub.

AJMEDİA.İNFO bildirir ki, o, fevralın 3-də sosial şəbəkə hesabında "Gec ya tez, bu bölgələrdə (Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə zəlzələ olacaq", - deyə yazıb. Bir neçə gün sonra Türkiyədə zəlzələnin baş verməsi ilə Frankın proqnozu reallaşıb.

Hoqerbits isə səhər saatlarında “Twitter”də paylaşım edərək zəlzələ ilə bağlı şərh verib. "Türkiyənin mərkəzi və yaxın ərazilərdə güclü seysmik aktivliyə diqqət yetirin. Güclü zəlzələdən sonra, ümumiyyətlə, afterşoklar baş verə bilər”, - mütəxəssis yazıb.

O, Türkiyəyə dəstəyini ifadə edərək fikirlərini bu cür davam etdirib:

“Ürəyim zəlzələyə görə əziyyət çəkənlərlədir. Əvvəl də dediyim kimi, bu bölgədə 115 və 526-cı illərdə olan zəlzələlərə bənzər hadisə baş verəcəkdi. Bu zəlzələləri kritik planet həndəsəsi ilə proqnozlaşdırmaq olar”.

Qeyd edək ki, Frank Hoqerbits Türkiyədə baş verən bir çox zəlzələni əvvəlcədən proqnozlaşdırmışdı.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində bazar ertəsi səhərə yaxın 7.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Hatay, Qaziantep, Osmaniye, Adıyaman, Adana, Malatya, Şanlıurfa, Diyarbəkir və Kilis şəhərlərində də ölüm və dağıntılara səbəb olub.(sfera.az)