28 Aprel 2024
DTX-dən YENİ ƏMƏLİYYAT: Naxçıvandan daha iki vəzifəli şəxs Bakıya GƏTİRİLDİ

DTX-dən YENİ ƏMƏLİYYAT: Naxçıvandan daha iki vəzifəli şəxs Bakıya GƏTİRİLDİ

09 Dekabr 2022
Baxış: 335

Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev və "Cahan Holdinq" Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasovun dünən dindirilmək üçün Bakıya aparıldığı bildirilir.

AJMEDİA.İNFO xəbər veri ki, bu haqda "Gündəlik Naxçıvan"a hər iki qurumdakı mənbələr məlumat verib.

Verilən məlumatda, onların vergidən yayınma, qaçaqmalçılıq və sairdə ittiham olunduğu bildirilir. Həmçinin bildirilir ki, hər iki şəxs Bakıda bir gecə DTX tərəfindən dindirildikdən sonra, yoxlamaların davamı üçün, yenidən Naxçıvana qaytarıblar.