29 İyun 2024
Dövlət tərəfindən təcili tibbi yardım maşını üçün verilən benzin SATILIR - İDDİA + AÇIQLAMA

Dövlət tərəfindən təcili tibbi yardım maşını üçün verilən benzin SATILIR - İDDİA + AÇIQLAMA

25 Avqust 2022
Baxış: 498

Tovuz rayonunda dövlət tərəfindən təcili tibbi yardım maşını üçün verilən benzinin satıldığı iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ barədə oxu.az Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb.

Xəstəxanadan cavab olaraq bildirilib ki, təcili tibbi yardım maşınının yanacağı bitdiyi üçün digər xidməti nəqliyyat vasitəsi ilə operativ olaraq həmin avtomobil yanacaqla təmin edilib:

“Foto da məhz həmin zaman çəkilib. Qeyd edək ki, avtomobilin fəaliyyətində yaranan qısamüddətli durğunluq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin fəaliyyətində heç bir problemə yol açmayıb. TTTYŞ əməkdaşları daxil olan çağırışlarla bağlı vaxtında ünvanlara çatıblar. Dövlət tərəfindən təcili tibbi yardım maşınına verilən benzinin satılması iddiası əsassızdır”.