28 Aprel 2024
Direktor müavini Azərbaycan bayrağını ayağının altına qoyaraq şəkil çəkdirdi - FOTO

Direktor müavini Azərbaycan bayrağını ayağının altına qoyaraq şəkil çəkdirdi - FOTO

30 May 2022
Baxış: 532

Məktəb direktorunun müavini Azərbaycan bayrağını ayağının altına ataraq şəkil çəkdirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə jurnalist Zaur Qənbərov şəxsi Facebook hesabında paylaşım edib.

“Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktor müavini Reyhanə Qurbanovadır. O, Azərbaycan bayrağını ayağının altına ataraq şəkil çəkdirib.

Xanımın diqqətinə çatdıraq ki, o bayraqdan ötrü nə qədər igidlərimiz qanlarından, canlarından keçdi. Reyhanə xanım isə ayaq altına atır.

R.Qurbanova mətbuata tanış simadır. O, saxta əmək kitabçasının olması ilə bağlı mətbuatın gündəmində olub.”