08 May 2024
DİN: COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edildi

DİN: COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edildi

22 Oktyabr 2021
Baxış: 474

Bakıda və respublikanın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. COVID-19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib.

Bu barədə AJMEDIA.INFO-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

“COVID-19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır. Şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq”, - nazirlikdən bildirilib.