28 Aprel 2024
Deputatdan gülməli açıqlama: “Azərbaycanlılar çox yaşayır, pensiya yaşını azaltmağa gərək yoxdur”

Deputatdan gülməli açıqlama: “Azərbaycanlılar çox yaşayır, pensiya yaşını azaltmağa gərək yoxdur”

20 Aprel 2022
Baxış: 512

“Azərbaycanlılar çox yaşayır, pensiya yaşının azaldılmasına gərək yoxdur”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu deputat Musa Quliyev mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, pensiya yaşını azaltmaq olmaz, çünki azərbaycanlılar uzun ömür yaşayırlar. “Hesab edirəm ki, bu, gündəmdə deyil və olmayacaq. Dünyada insanların orta ömür müddəti artır. Azərbaycanda da orta ömür müddəti 77 yaş üzərindədir”.

Musa Quliyev deyir ki, insanların ömrü uzanacaq, buna görə də pensiya yaşının azaldılması lazım deyil: “Yəqin ki, yaxın gələcəkdə insanlarımızın orta ömür müddəti artacaq. Pensiya yaşının azaldılmasına gərək yoxdur və praktika da bunu göstərir”. AMIA.az