29 Aprel 2024
Daxili İşlər Nazirliyi bu qızı AXTARIR - FOTO

Daxili İşlər Nazirliyi bu qızı AXTARIR - FOTO

24 Avqust 2022
Baxış: 291

Bakıda yeniyetmə qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan 19 yaşlı Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub.

Onun harada olması barədə məlumatı olan şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər rayon Polis İdarəsi, eləcə də, 3-cü Polis Şöbəsinə 0552152120, 0518414141, 0553060302, 0125907302 və 0124560302 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.