27 Aprel 2024
David Seliverstov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etdi

David Seliverstov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etdi

08 Mart 2024
Baxış: 677

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü -qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnüm etdirən, ənənəvi bir bayramdır.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Azərbaycanda qadına, onun hüquqlarının müdafiəsinə münasibət fərqlidir. Qadının ailədə, işdə, həm də cəmiyyətdəki layiqli yer tutması dövlətimizin prioritet sahəsidir.
Müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, yüksəliş baş vermişdir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qadınlar üçün geniş imkanların yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi sahəsində çox mühüm işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən, kəndli qadınların, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Mən ilk əvvəl xanımlarımıza hər zaman zərif və xoşbəxt olmağı arzu edirəm.
Bizim həyatımızda ən gözəl hadisə qadınların varlığıdır.
Qadınlarımızın həmişə güclü dayağı olsun və onlar heç vaxt güclü olmaq məcburiyyətində qalmasınlar!

Əziz Qadınlar 8 mart Qadınlar gününüz mübarək!

.

.

"Magen David Azərbaycan"nın direktoru

David Seliverstov