29 Aprel 2024
Daha bir ölkədə meymunçiçəyinə yoluxma AŞKARLANDI

Daha bir ölkədə meymunçiçəyinə yoluxma AŞKARLANDI

24 May 2022
Baxış: 469

Sloveniyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

AJMEDİA.İNFO “TASS”a istinadən xəbər verir ki, ölkənin Mikrobiologiya və İmmunologiya İnstitutu sözügedən xəstəliyə yoluxma halını təsdiq edib.

Məlumata görə, virus Kanar adalarından qayıdan Sloveniya vətəndaşında aşkar olunub.

Qeyd edək ki, son zamanlar Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, İsveç, Danimarkada meymunçiçəyinə yoluxma aşkar olunub.