29 Aprel 2024
Daha bir Avropa ölkəsində koronavirusa maksimum yoluxma qeydə alındı

Daha bir Avropa ölkəsində koronavirusa maksimum yoluxma qeydə alındı

04 Noyabr 2021
Baxış: 488

Almaniyada son sutka ərzində koronavirusa 33 949 yoluxma qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu, pandemiya başlayandan bəri maksimum göstəricidir.

Robert Kox adına Virusologiya İnstitutunun məlumatlarına əsasən, yoluxma sayı 4 672 368-ə çatıb.

Əvvəlki antirekord 2021-ci il aprelin 22-də qeydə alınıb, o zaman gün ərzində 29 518 yoluxma halı aşkar edilib.

Son 24 saatda ölkədə 165 nəfər virus səbəbindən həyatını itirib.