29 Aprel 2024
Daha 2 Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTOLAR
Daha 2 Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTOLAR
Daha 2 Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTOLAR

Daha 2 Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTOLAR

01 İyul 2021
Baxış: 632

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun müvafiq əmri ilə Vətən müharibəsinin qaziləri işə qəbul edilib.

AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, qazilər Yasamal rayon İcra Hakimiyyəti aparatı strukturunda yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə” təyinat alıblar.

Şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı Samir Ismiyev təyin edilib. Samir Ismiyev Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Murov dağ silsiləsində Ömər yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Hərbi rütbəsi polkovnik-leytenantdır.

Digər Vətən müharibəsi iştirakçısı Tural Əsgərov isə şöbəyə böyük məsləhətçi təyin edilib. Tural Əsgərov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatlımış və Füzuli, Cəbayıl və Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsində iştirak edib.