28 Aprel 2024
Çingiz Abdullayev "Birinci Qarabağ Müharibəsi olmayıb" dedi, qazidən SƏRT CAVAB GECİKMƏDİ - QALMAQAL

Çingiz Abdullayev "Birinci Qarabağ Müharibəsi olmayıb" dedi, qazidən SƏRT CAVAB GECİKMƏDİ - QALMAQAL

01 Noyabr 2021
Baxış: 1013

“Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib. O, oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.

Qeyd edək ki, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Xalq yazışısına bu fikrinə görə sərt cavab verib.

Qazinin reaksiyasını olduğu kimi təqdim edirik:

"Ayıbdır ey!

Çingiz Abdullayev deyib ki, birinci Qarabağ müharibəsi olmayıb, yalandır! Bu adam deyin ki, müharibə olub! Ayıbdır!

Birinci Qarabağ müharibəsində:

18.500 nəfər şəhid olub!

3700 nəgər itkin düşüb!

39.500 nəfər yaralanıb!

Ola bilsin ki, rusdilli olduğundan fikrini düzgün ifadə etməyib.

Bütün hallarda üzürhaqlığını gözləyirik!"