28 Aprel 2024
Çində təkrar istifadə üçün yararlı olan ilk qoruyucu tibbi kostyumun satışına icazə verilib

Çində təkrar istifadə üçün yararlı olan ilk qoruyucu tibbi kostyumun satışına icazə verilib

23 Aprel 2020
Baxış: 428

Pekin dərman vasitələrinə nəzarət idarəsindən verilən məlumata görə, Çində təkrar istifadə üçün yararlı olan ilk qoruyucu tibbi kostyumun bazara çıxarılmasına icazə verilib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, on dəfə təkrar istifadə oluna bilən bu kostyum kliniki şəraitdə sınaqdan keçirilib. Yeniliyin istehsalçısı - Pekində yerləşən “BW Techtextile” şirkətidir.

Şirkətdə bildiriblər ki, birdəfəlik istifadə üçün nəzərdə tutulan qoruyucu tibbi geyimin istehsalı müddəti uzun və bu məhsula tələbat yüksək olduğuna görə yaranmış defisit problemini aradan qaldırmağa bu yenilik kömək edə bilər.

Sınaqlar zamanı məlum olub ki, yenilik möhkəmlik, filtrasiya, sintetik qanın və suyun keçməsinə davamlılıq kimi əsas parametrlər üzrə müəyyən edilmiş dövlət standartlarına birdəfəlik analoqlarından daha çox uyğun gəlir.

“BW Techtextile” şirkətində bildiriblər, yeni kostyum elə bu şirkət tərəfindən hazırlanmış üçqat kompozit materialdan istehsal edilib.

Teqlər: Çin