28 Aprel 2024
Çin XİN: ABŞ ÜST-ün qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalış

Çin XİN: ABŞ ÜST-ün qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalış

19 May 2020
Baxış: 630

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır”.

ajm-in "Guardian"a istinadən verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan deyib.

O bildirib ki, ABŞ öz səriştəsizliyindən diqqəti yayındırmaq üçün Pekinə qara yaxır.

Ç. Litszyan qeyd edib ki, ÜST-ə maliyyə yardımını vaxtında ödəmək təşkilata üzv olan hər bir ölkənin borcudur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ün baş direktoru Tedros Adanom Gebreisusa məktub ünvanlayıb. D. Tramp 30 gün ərzində beynəlxalq təşkilatda islahatlar aparılmayacağı təqdirdə, ABŞ-ın ÜST-ə üzvlük məsələsinə yenidən baxılacağını və təşkilata müvəqqəti maliyyə dəstəyinin dayandırılmasının daimi olacağını bildirib.

Teqlər: Çin XİN