27 Aprel 2024
Çin səfirliyinin İsrail rəsmilərinə göndərdiyi hədiyyələrdə DİNLƏMƏ CİHAZI TAPILDI

Çin səfirliyinin İsrail rəsmilərinə göndərdiyi hədiyyələrdə DİNLƏMƏ CİHAZI TAPILDI

13 Aprel 2022
Baxış: 424

Çin səfirliyinin İsrail rəsmilərinə göndərdiyi hədiyyələrdə dinləmə cihazı tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə xaricil media məlumat yayıb. Məlumata görə, Çinin İsraildəki səfirliyi tərəfindən ölkənin hökumət üzvlərinə hədiyyə edilən termoslarda şübhəli detal aşkar olunub.

Sözügedən detal dinləmə cihazı ola bilər. Hazırda İsrailin Təhlükəsizlik Agentliyi (Shin Bet) məsələ ilə bağlı araşdırma aparır.

Çin səfirliyi isə öz növbəsində insidenti “əsassız şayiə” adlandırıb və bildirib ki, bu şayiələr İsrail-Çin münasibətlərini korlamağa çalışan qüvvələr tərəfindən yayılıb.

Qeyd olunur ki, hökumət üzvlərinə hədiyyə edilən bütün termoslar araşdırma üçün yığılıb və səfirliyə qaytarılmayıb.