28 Aprel 2024
“Cihadçı qruplar” Rusiyada terrora hazırlaşır - Korotçenko

“Cihadçı qruplar” Rusiyada terrora hazırlaşır - Korotçenko

13 Fevral 2023
Baxış: 327

“ABŞ ordusu Rusiya və MDB ölkələrində terror aktları törətmək üçün “İslam Dövləti” və “Əl-Qaidə” ilə əlaqəli cihadçı qruplardan fəal şəkildə döyüşçülər cəlb edir”.

AJMEDİA.İNFO bildirir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. O, bu barədə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinə məlumat daxil olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, Şimali Qafqazdan və Mərkəzi Asiyadan olan insanların əməkdaşlığa cəlb edilməsinə xüsusi diqqət yetirilir.

“Bu ilin yanvar ayında Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak təcrübəsi olan 60 belə terrorçu seçilib. Onlar hazırda Suriyadakı Əl-Tanfdakı Amerika bazasında sürətləndirilmiş təlim keçirlər. Orada onlara əldəqayırma partlayıcı qurğuların hazırlanması və istifadəsi vərdişləri, eləcə də təxribat fəaliyyətinin aparılması üsulları öyrədilir. Yaxşı mühafizə olunan obyektlərə, o cümlədən xarici diplomatik nümayəndəliklərə hücumların planlaşdırılmasına xüsusi diqqət yetirilir. Yaxın vaxtlarda döyüşçülərin kiçik qrupların tərkibində Rusiya və MDB dövlətlərinin ərazisinə köçürülməsinin həyata keçirilməsi planlaşdırılır”.

İ.Korotçenko bildirib ki, sözügedən döyüşçülərə diplomatlara, dövlət qulluqçularına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və hərbçilərə qarşı terror aktları hazırlamaq və həyata keçirmək tapşırılacaq:

“Artıq ABŞ təhlükəsizlik güclərində mənəvi prinsiplərin məhv olduğunu görürük. Vaşinqton “Rusiyanın qanını axıtmaq” kimi sərsəm ideyasına görə terrorçulardan öz çirkin məqsədləri üçün birbaşa istifadə etməyi məqbul hesab edir. Bu cür hərəkətlər Vaşinqtonu ən böyük beynəlxalq terror qruplaşmaları ilə eyni sıraya qoyur”.